Dünya

Ermənistan parlamenti istefa verəcək

30 Jul 2026, 15:37 13 baxış Admin
Ermənistan parlamenti istefa verəcək

Ermənistan hökuməti yeni parlamentin ilk iclasından əvvəl istefa verəcək.

News24.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında bildirib.

"Bu, 9-cu çağırış Milli Assambleyanın formalaşdırılması ilə əlaqədar son iclasımızdır", – deyə Paşinyan qeyd edib.

Konstitusiyaya əsasən, hökumət istefa verir, bundan sonra prezident parlament çoxluğunun irəli sürdüyü namizədi baş nazir təyin edəcək.

Ermənistanın Milli Assambleyası fəaliyyətə avqustun 2-də başlayacaq və məhz yeni parlament yeni hökuməti formalaşdıracaq.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər