Dünya

Ukraynada F-16 qırıcısı qəzaya uğradı

29 Jul 2026, 23:28 21 baxış Admin
Ukraynada F-16 qırıcısı qəzaya uğradı

Ukrayna Hərbi Hava Qüvvələri daha bir F-16 qırıcısını itirdiyini açıqlayıb.

News24.az xəbər verir ki, təyyarə cəbhənin istiqamətlərindən birində döyüş tapşırığını yerinə yetirərkən onunla əlaqə kəsilib. İlkin məlumata əsasən, göyərtədə gözlənilməz texniki nasazlıq yaranıb və pilot katapult etmək məcburiyyətində qalıb.

Pilotun vəziyyətinin yaxşı olduğu, onun artıq təxliyə edildiyi bildirilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər