Dünya

Türkiyədə ötən il yanan ərazi yenidən alova büründü – FOTOLAR

29 Jul 2026, 23:42 18 baxış Admin
Türkiyədə ötən il yanan ərazi yenidən alova büründü – FOTOLAR

Türkiyənin Çanaqqala vilayətinin mərkəzi rayonunda meşəlik ərazidə baş verən yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə davam edir.

News24.az xəbər verir ki, yanğın Saraycık kəndi yaxınlığında, əsasən ot örtüyünün üstünlük təşkil etdiyi meşəlik sahədə hələlik məlum olmayan səbəbdən başlayıb.

Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra Çanaqqala Meşə Regional İdarəsinin hava və yerüstü yanğınsöndürmə qüvvələri əraziyə cəlb olunub.

Çanaqqala valisi Ömər Toraman sosial şəbəkədə bildirib ki, Saraycık kəndi yaxınlığındakı yanğına 6 helikopter, 16 yanğınsöndürən maşın, 5 buldozer və digər texnika ilə intensiv müdaxilə edilir.

Valinin sözlərinə görə, yanğın ötən il yanmış ərazidə baş verib və əsasən otlaq sahəsini əhatə edir. O qeyd edib ki, bütün aidiyyəti qurumlar texnika və şəxsi heyətlə alovun söndürülməsi istiqamətində fasiləsiz çalışırlar. (Anadolu)

Content Image
Content Image
Content Image
Content Image
Content Image
Content Image
Content Image
Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər