Kriminal

Goranboyda müəllim sirkə turşusundan zəhərlənib öldü

30 Jul 2026, 00:14 17 baxış Admin
Goranboyda müəllim sirkə turşusundan zəhərlənib öldü

Goranboy rayonunda müəllim sirkə turşusundan zəhərlənərək ölüb.

News24.az xəbər verir ki, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb.

Belə ki, Ofelya Musayeva sirkə turşusundan zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə xəstəxanalardan birinə yerləşdirilib.

Ona lazımi tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Məlumat üçün bildirək ki, mərhum Borsunlu kənd tam orta məktəbində rəsmxət fənnini tədris edirdi.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma başlanılıb. (Qafqazinfo)

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər