Dünya

Dünyanın ən sürətlə populyarlaşan turizm istiqamətləri məlum oldu

29 Jul 2026, 01:52 4 baxış Admin
Dünyanın ən sürətlə populyarlaşan turizm istiqamətləri məlum oldu

Pandemiyadan sonra turizm sektorunda ən sürətli inkişaf edən ölkələrin siyahısı açıqlanıb.

News24.az xəbər verir ki, OECD-nin "Tourism Trends and Policies 2026" hesabatına əsasən, 2019-2025-ci illər ərzində beynəlxalq turistlərin sayında ən böyük artım Səudiyyə Ərəbistanında qeydə alınıb. Ölkə pandemiyadan əvvəlki dövrlə müqayisədə turist sayını 67% artıraraq reytinqə liderlik edib.

İlk üçlükdə həmçinin Mərakeş (53%) və Misir (47%) qərarlaşıb. Ekspertlər bu artımı hava əlaqələrinin genişləndirilməsi, aeroportların modernləşdirilməsi və turizm infrastrukturuna yatırılan investisiyalarla əlaqələndirirlər.

Reytinqdə Braziliya (46%), Kolumbiya (45%), Yaponiya (34%), Çili (33%), Norveç (28%), Serbiya (27%) və Danimarka (22%) da ilk onluqda yer alıb.

Siyahıda Türkiyə 21%, Portuqaliya 20%, Lüksemburq 19%, Sloveniya və İspaniya isə 16%-lik artımla növbəti pillələrdə qərarlaşıb. Fransa, Yunanıstan, Niderland və İsveç də pandemiyadan əvvəlki turist göstəricilərini üstələyən ölkələr sırasında yer alıb.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər