Dənizdə batan yeniyetmələrdən biri xilas edildi, digəri axtarılır
28 Jul 2026, 21:50
4 baxış
Admin
Mərdəkan qəsəbəsində nəzarətsiz çimərlik ərazisində iki yeniyetmə dənizdə batma təhlükəsi ilə üzləşib.
News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Məbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, FHN xilasedicilərinin operativ müdaxiləsi nəticəsində 2009-cu il təvəllüdlü Rahil Ağazadə xilas edilib.
Hazırda 2009-cu il təvəllüdlü Nurlan İsmayılzadənin batdığı ehtimal olunan ərazidə intensiv axtarış-xilasetmə işləri davam etdirilir.
Mənbə:
news24.az