Hakan Fidan sudanlı həmkarı ilə görüşdü
28 Jul 2026, 17:22
16 baxış
Admin
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Muhyiddin Salim ilə görüş keçirib.
News24.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Görüşdən sonra tərəflər Türkiyə Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası ilə Sudan Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Diplomatik İnstitutu arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalayıblar.
Mənbə:
news24.az