Aİ Türkiyəyə təşəkkür etdi
28 Jul 2026, 16:07
19 baxış
Admin
Avropa İttifaqı (Aİ) Komissiyası İspaniyada meşə yanğınları ilə mübarizəyə dəstək verdiyinə görə Türkiyəyə təşəkkür edib.
News24.az xəbər verir ki, bu barədə Aİ Komissiyasının Mülki Müdafiə və Humanitar Yardım üzrə Baş Direktorluğu "X" sosial şəbəkə hesabında paylaşım edib.
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib ki, İspaniyanın müraciətindən sonra yanğınların söndürülməsi üçün iki yanğınsöndürmə təyyarəsi ölkəyə göndərilib.
Nazir həmçinin qeyd edib ki, Türkiyə Fransaya da iki yanğınsöndürmə təyyarəsi ayırıb.
Yumaklı yanğınlardan zərər çəkən ölkələrə dəstəyini ifadə edərək, meşələrin bütün bəşəriyyətin ortaq sərvəti olduğunu vurğulayıb.
Mənbə:
news24.az