Cəmiyyət

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

28 Jul 2026, 11:48 16 baxış Admin
Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Tanınmış biznesmen və müğənni Emin Ağalarov Xəzər dənizi sahilindəki kurort şəhərciyi “Sea Breeze”də cərimələr tətbiq edib.
"Bakupost" xəbər verir ki, bu barədə “İnstaqram” səhifəsində onun özü məlumat verib.
O bildirib ki, bəzi valideynlər məsuliyyətsizliyə yol verərək qolf meydançasında uşaqların qolf avtomobilləri sürməsinə icazə verirlər. Nəticədə onların həyatı üçün təhlükəli vəziyyət yaranır.
E.Ağalarov bildirib ki, bu cür valideynlər cərimələnəcək və onların qolf avtomobilləri əllərindən alınacaq.
Rüfət Sultan,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər