Dünya

Bundan sonra "Ahbap"a onlar qəyyumluq edəcək

27 Jul 2026, 23:11 2 baxış Admin
Bundan sonra "Ahbap"a onlar qəyyumluq edəcək

Haluk Levent başda olmaqla çoxsaylı şəxsin həbs edildiyi "Ahbap" Dərnəyi ilə əlaqədar aparılan istintaqda yeni gedişat əldə olunub.


"Bakupost" xəbər verir ki, İstanbul Sülh Cinayət Məhkəməsi dərnəyə müvəqqəti idarəçi (qəyyum) təyin olunması ilə bağlı qərar çıxarıb.


"Ahbap" dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində İstanbul 8-ci Sülh Cinayət Məhkəməsi dərnəyə məxsus daşınmaz əmlakın, nəqliyyat vasitələrinin, bank hesablarındakı pul vəsaitlərinin və digər əmlak dəyərlərinin idarə olunması üçün vəkil Rıdvan Can, vəkil Mustafa Göktuğ Kaya və professor Ahmet Kasım Xanı qəyyum təyin edib.
Qərarda bildirilir ki, dərnəyin təsisçisi Haluk Levent, eləcə də bəzi idarə heyəti və nəzarət şurası üzvləri həbsdədir. Bəzi şəxslər barəsində isə məhkəmənin nəzarət tədbirləri tətbiq olunub. Həmçinin dərnəyin hesabları və əmlakı üzərinə həbs qoyulduğu, dərnəyin ləğvi prosesinə başlanıldığı qeyd edilib.
Asena,BakuPost


Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər