İdman

“Sabah”ın Bakıdakı oyunlarının bilet qiymətləri açıqlandı

21 Sep 2026, 19:54 1 baxış Admin
“Sabah”ın Bakıdakı oyunlarının bilet qiymətləri açıqlandı

“Sabah” futbol klubunun UEFA Çempionlar Liqasının ümumi mərhələsində keçirəcəyi dörd ev oyunu üçün vahid biletlərin satışına başlanıldığı elan edilib.

News24.az xəbər verir ki, bu barədə Masazır təmsilçisinin instaqram hesabında məlumat verilib.

Qeyd olunur ki, azarkeşlər bir biletlə Bakı Olimpiya Stadionunda keçiriləcək bütün 4 qarşılaşmanı izləyə biləcəklər.

Məlumata görə, biletlərin qiyməti 35-dən 285 manatadək təşkil edir. Əldə edilən biletlər geri qaytarılmır, dəyişdirilmir və bərpa olunmur. Biletlər yalnız QR-bilet formatında təqdim olunacaq. Onlardan istifadə etmək üçün azarkeşlər alışı həyata keçirdikləri istifadəçi hesabı ilə “iTicket” mobil tətbiqinə daxil olmalıdırlar. QR-kodlar yalnız müvafiq oyunların keçirildiyi günlərdə aktivləşəcək.

Qeyd edək ki, “Sabah” öz meydanında Çexiyanın “Slaviya”, Almaniyanın “Borussiya Dortmund”, İspaniyanın “Barselona” və İtaliyanın “Napoli” klublarını qəbul edəcək.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər