Dünya

Hörmüz boğazı yaxınlığında daha bir tankerə hücum edildi

21 Sep 2026, 20:24 1 baxış Admin
Hörmüz boğazı yaxınlığında daha bir tankerə hücum edildi

Mayeləşdirilmiş neft qazı (LPG) daşıyan tanker Hörmüz boğazından çıxarkən mərmi zərbəsi nəticəsində zədələnib.

"Bakupost" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) "X" sosial şəbəkəsində məlumat yayıb.
Gəminin kapitanı tankerin naməlum mərmilərin qəlpələri ilə vurulduğunu bildirib. Bütün heyət üzvləri təhlükəsizlikdədir, ekoloji zərər qeydə alınmayıb.
Tanker növbəti təyinat məntəqəsinə doğru hərəkətini davam etdirəcək.
UKMTO gəmilərə bu marşrutdan keçərkən ehtiyatlı olmağı və hər hansı şübhəli fəaliyyət barədə idarəyə məlumat verməyi tövsiyə edib.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər