İdman

İtaliya futbolunda şok istefa: Maldini postunu tərk etdi

27 Jul 2026, 22:52 3 baxış Admin
İtaliya futbolunda şok istefa: Maldini postunu tərk etdi

İtaliya millisinin yenidən formalaşdırılması üçün İtaliya Futbol Federasiyasında (FIGC) vəzifəyə gətirilən Paolo Maldini və Leonardo istefa vermək qərarına gəliblər.

News24.az xəbər verir ki, Maldini iyulun 11-də İtaliya millisinin texniki direktoru təyin edilib. O, ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməyən milli komandanın yenidən qurulmasına rəhbərlik etməli idi. Onun ilk tapşırıqlarından biri baş məşqçi postuna yeni namizəd müəyyənləşdirmək idi.

Lakin Maldini təyinatından cəmi 16 gün sonra vəzifəsindən ayrılıb. Onun müşaviri kimi federasiyaya cəlb olunan, Braziliya millisinin sabiq futbolçusu Leonardo da istefa verib.

Məlumata görə, istefa qərarı Andrea Pirlonun İtaliya millisinin baş məşqçisi postuna namizəd olmadığını açıqlamasından sonra verilib. Pirlo Rusiyanın mərc şirkəti ilə kommersiya əlaqələrinə görə ciddi tənqid olunurdu.

Maldini Pirlonu baş məşqçi postu üçün əsas namizəd hesab edirdi. Hazırda isə bu vəzifəyə Roberto Mançini, Tiaqo Motta və Antonio Kontenin namizədlikləri müzakirə olunur.

İtaliya Futbol Federasiyası məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib. (Sky Sport Italia)

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər