Makqreqor azarkeşlərinə üzücü xəbər
İrlandiyalı UFC döyüşçüsü Konor Makqreqor növbəti döyüşünün karyerasında sonuncu olacağını açıqlayıb.
News24.az xəbər verir ki, UFC-nin 38 yaşlı keçmiş çempionu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Makqreqor iddia edib ki, döyüşlərə ciddi hazırlaşmasa belə, qazanc və tamaşaçı marağı baxımından digər idmançılardan daha çox diqqət çəkib.
“Sonuncu döyüşüm Dünya Kubokunun yarımfinalı ilə eyni vaxtda keçirildi və mən yenə də həmin döyüşdə xallar qazandım. Növbəti dəfə, son döyüşümdə xallarımı satmağa çalışacağam. Görək hansı rəqəmlərə nail ola bilərəm”, – deyə o, yazıb.
Qeyd edək ki, 12 iyul 2026-cı ildə keçirilən UFC 329 turnirində Makqreqor ilk raundda amerikalı Maks Holloveyə məğlub olub. Bu, irlandiyalı döyüşçünün beş illik fasilədən sonra ilk qarşılaşması idi.