Dünya

Türkiyə möhtəşəm ölkədir, kimsə buna maneə ola bilməz - Tramp

27 Jul 2026, 22:33 2 baxış Admin
Türkiyə möhtəşəm ölkədir, kimsə buna maneə ola bilməz - Tramp

Türkiyə ABŞ-ın sadiq müttəfiqidir və heç kim bizə bu ölkəyə F-35 təyyarələrini tədarük etməyə mane ola bilməz.

"Bakupost" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Benyamin Netanyahunun Türkiyəyə F-35-lərin satışına qarşı olması ilə bağlı sualı cavablandırarkən deyib.


"Türkiyə çox qüdrətli ölkədir. Möhtəşəmdir, çox böyük orduya sahibdir. Əla texnikaları var. Nəyi satıb-satmayacağımız barədə heç kim mənə göstəriş verə bilməz”, - Tramp qeyd edib.


Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər