Dünya

Bernem ilk görüşünü Zelenski ilə etdi - VİDEO

27 Jul 2026, 21:12 3 baxış Admin
Bernem ilk görüşünü Zelenski ilə etdi - VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “Queen Elizabeth” təyyarədaşıyan gəmisində Böyük Britaniyanın yeni Baş naziri Endi Bernem ilə görüşüb.
“Bakupost” xəbər verir ki, bu barədə Ukrayna lideri özünün “Telegram” kanalında məlumat paylaşıb.
“Komandamızın Britaniyaya səfərinin Endi Bernemin vəzifəyə başlamasından bəri ilk rəsmi səfər olmasını yüksək qiymətləndiririk”, – deyə Zelenski bildirib.
Görüş zamanı tərəflərin birgə müdafiə istehsalının inkişafını müzakirə etdiyi qeyd olunub. Zelenski, həmçinin dronların qorunması üçün radioelektron mübarizə (REB) texnologiyalarının Kiyevə verilməsi qərarına görə Britaniyaya təşəkkür edib və Baş naziri Ukraynaya səfərə dəvət edib.
Səfərdən bir qədər əvvəl Bernem Rusiyaya müraciət edərək Ukraynaya dəstəyin sarsılmaz olaraq qaldığını bəyan etmişdi. O, ədalətli sülh bərqərar olana qədər Böyük Britaniyanın geri çəkilməyəcəyini vurğulamışdı.
Xatırladaq ki, E. Bernem iyulun 20-si Britaniyanın Baş naziri seçilib. Onun ilk rəsmi görüşü isə V. Zelenski ilə baş tutub.

Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər