Baş nazir kimi ilk görüşünü Zelenski ilə etdi – VİDEO
Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyada səfərdədir. Görüş çərçivəsində Ukrayne liderinin Britaniyanın yeni Baş naziri Endir Bernem ilə görüşü baş tutub.
News24.az xəbər verir ki, Zelenski Endi Bernem ilə ilk görüşünün təfərrüatlarını açıqlayıb.
Zelenski teleqram hesabında bildirib ki, görüş Portsmut şəhərindəki Kral Hərbi Dəniz Qüvvələrinin HMS Queen Elizabeth aviadaşıyıcısında keçirilib. Onun sözlərinə görə, Bernem baş nazir vəzifəsinə başladıqdan sonra Britaniyaya ilk rəsmi səfər edən nümayəndə heyəti Ukrayna tərəfi olub.
Prezident qeyd edib ki, görüşdə Ukraynanın hava və dəniz təhlükəsizliyi, həmçinin birgə müdafiə sənayesi layihələri müzakirə olunub.
Zelenski Böyük Britaniyanın Ukrayna pilotsuz uçuş aparatlarının qorunması üçün radioelektron mübarizə (REB) texnologiyalarını təqdim etmək qərarını yüksək qiymətləndirərək bunun döyüş meydanında mühüm əhəmiyyət daşıyacağını vurğulayıb.
O əlavə edib ki, tərəflər dronlar və digər müdafiə texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını da nəzərdən keçiriblər. Ukrayna lideri görüş zamanı Endi Bernemi Ukraynaya rəsmi səfərə dəvət etdiyini də bildirib.