Dünya

"İranla razılaşma mümkündür" – Tramp

27 Jul 2026, 21:10 3 baxış Admin
"İranla razılaşma mümkündür" – Tramp

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Tehran arasında hazırda müsbət danışıqların aparıldığını bildirib.

News24.az xəbər verir ki, Miçiqan ştatına səfəri zamanı jurnalistlərin suallarını cavablandıran Tramp İranla mümkün razılaşmaya da toxunaraq, "Nəyinsə baş verməsi üçün yaxşı şans var" ifadəsini işlədib.

Ağ Ev rəhbəri həmçinin İrana peyk görüntülərinin təqdim edilməsi məsələsini Rusiya Prezidenti Vladimir Putinlə müzakirə edəcəyini açıqlayıb.

"Bu barədə Putindən soruşacağam. Görək nə olacaq", - deyə ABŞ lideri bildirib. (Reuters)

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər