Dünya

Paşinyanla Putin telefonla danışdı

27 Jul 2026, 20:08 5 baxış Admin
Paşinyanla Putin telefonla danışdı

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə telefon danışığı aparıb.

News24.az xəbər verir ki, Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, söhbət Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

Bildirilib ki, danışıq zamanı Ermənistanda Avropa İttifaqına üzvlüklə bağlı və ya ölkənin Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalmasının davam etdirilməsi məsələsi üzrə ümumxalq referendumunun mümkün qədər qısa müddətdə keçirilməsinin vacibliyi vurğulanıb.

Məlumatda qeyd olunub ki, Vladimir Putin 2026-cı il mayın 29-da Astanada keçirilmiş Avrasiya İqtisadi Şurasının sammitində Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya liderlərinin Ermənistanın Avropa İttifaqına üzvlük istiqamətində atdığı addımlarla bağlı qəbul etdikləri birgə bəyanata sadiq qaldığını təsdiqləyib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər