Dünya

ÇAXAL HƏMAS-ın daxili təhlükəsizlik xidmətinin rəhbərini zərərsizləşdirdi

27 Jul 2026, 19:13 14 baxış Admin
ÇAXAL HƏMAS-ın daxili təhlükəsizlik xidmətinin rəhbərini zərərsizləşdirdi

İsrail Müdafiə Ordusu (SAXAL) və Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) Qəzza zolağının mərkəzi hissəsindəki qaçqın düşərgələrində HƏMAS-ın daxili təhlükəsizlik xidmətinə rəhbərlik edən Vael Musa Xalad Ladauinin zərərsizləşdirildiyini bildiriblər.
"Bakupost" xəbər verir ki, bu barədə ÇAXAL-ın mətbuat xidməti məlumat yayıb.
Ladauini Dir-əl-Bələh rayonunda öldürülüb.
SAXAL və ŞABAK-ın məlumatında qeyd olunur ki, daxili təhlükəsizlik xidməti HƏMAS-ın əsas bölmələrindən biridir və o, İsrailə qarşı terror hücumlarının hazırlanması və həyata keçirilməsi üçün kəşfiyyat məlumatlarının toplanması ilə məşğuldur.

Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər