Cəmiyyət

Əlilliyi olan 2 100 şəxs işlə təmin edildi

27 Jul 2026, 18:20 4 baxış Admin
Əlilliyi olan 2 100 şəxs işlə təmin edildi

Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə təmin edilib.

News24.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, onların əmək bazarına çıxışının artırılması məqsədilə peşə hazırlığı kursları təşkil olunub.

Cari ildə 224 əlilliyi olan şəxs bu kurslara cəlb edilib və təlimləri uğurla başa vuranların işlə təmin olunmasına dəstək göstərilib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər