Nazirlikdən fermerlərə xəbardarlıq: Cərimə...
27 Jul 2026, 17:43
2 baxış
Admin
Azərbaycanda təkrar əkin subsidiyası almaq istəyən fermerlər bu barədə bəyanı avqustun 1-nə qədər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməlidirlər.
"Bakupost" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə xəbərdarlığında bildirilib.
Təkrar əkin subsidiyası da "Fermer kartın"a köçürülür. Fermer vəsaitin 25%-ni fermer nağdlaşdıraraq istifadə edə, 75%-dən isə nağdlaşdırmadan toxum, gübrə, pestisid ala bilər.
Qaydalara görə, subsidiya vəsaitindən təyinatı üzrə istifadə etməyən və fermer kartındakı nağdlaşdırılmayan hissədən nağd istifadə etməyə çalışan şəxslərə cəza və cərimə tətbiq olunur.
Mənbə:
bakupost.az