Dünya

Ukraynanın İran gəmisini vurmasına Kremldən REAKSİYA

27 Jul 2026, 17:00 16 baxış Admin
Ukraynanın İran gəmisini vurmasına Kremldən REAKSİYA

Kreml Ukraynanın hərbi əməliyyatlarının coğrafiyasını genişləndirdiyini bildirib.

News24.az-ın məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Ukraynanın Xəzər dənizindəki gəmilərə hücumları gərginliyin yeni mərhələsidir.

Peskovun sözlərinə görə, Moskva bu hadisələri görməzdən gələ bilməz və bunu "təhlükəli addım" hesab edir.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyi iyulun 26-da Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə hücum etdiyini bildirib. Məlumata görə, hadisə nəticəsində ekipaj üzvlərindən biri yaralanıb. Tehran bunu "təcavüz aktı" adlandırıb və Kiyevi münaqişəni döyüş zonasından kənara çıxarmağa cəhd göstərməkdə ittiham edib./RİA Novosti/

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər