Dünya

İsti hava Belçikada ölənlərin sayını artırdı

27 Jul 2026, 14:44 2 baxış Admin
İsti hava Belçikada ölənlərin sayını artırdı

İyunun sonunda Avropada müşahidə olunan isti hava dalğası zamanı Belçikada ölüm hallarında ən böyük artım qeydə alınıb.

News24.az xəbər verir ki, EuroMOMO” monitorinq şəbəkəsinin məlumatına görə, həmin dövrdə Belçikada ölüm göstəricisi 48 faiz artıb. Bu göstərici Fransada 23, Niderlandda isə 13 faiz olub.

Belçika İctimai Səhiyyə İnstitutunun (Sciensano) açıqlamasına əsasən, iyun ayında isti hava səbəbindən ölkədə təxminən 2 min əlavə ölüm baş verib.

Mütəxəssislər bildirirlər ki, isti hava xüsusilə sosial-iqtisadi vəziyyəti zəif olan bölgələrdə yaşayan insanlara daha çox təsir edib. Həmçinin, şəhərlərin sıx məskunlaşması yüksək temperaturun təsirini artırıb.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər