815 kişi ödənişli atalıq məzuniyyəti götürüb
27 Jul 2026, 14:37
5 baxış
Admin
Azərbaycanda bu ilin birinci yarımilində 331 işəgötürən 815 kişiyə ödənişli atalıq məzuniyyəti verib.
News24.az xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu məzuniyyət uşağın doğulmasından əvvəlki və sonrakı dövrləri əhatə edir.
İşçiyə ödənişli atalıq məzuniyyətinin verilməsi barədə əmr işəgötürən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) elektron qaydada rəsmiləşdirilir.
Mənbə:
news24.az