FİFA prezidenti tənqidlərə belə cavab verdi
FİFA prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatını tənqid edənlərə sərt cavab verib.
News24.az xəbər verir ki, İnfantino sosial şəbəkə hesabında paylaşdığı açıqlamada tənqidçiləri nifrətdən uzaq olmağa çağırıb.
"Nifrət və tənqidə o qədər qapıldığınız üçün çox təəssüf edirəm ki, hər şeyi qaçırdınız. Vaxtını və enerjisini nifrətə sərf edən hər kəs meditasiya etsin, dua etsin, gülümsəsin, yaxınları ilə vaxt keçirsin və ya futbol matçına baxsın", – deyə o yazıb.
FİFA rəhbəri turnirin təşkilatçılığını da yüksək qiymətləndirərək bildirib ki, yarış yüksək təhlükəsizlik şəraitində keçirilib.
"Nifrət və yalan şayiələr yayanlara deyirəm: Siz evdə qaldığınız müddətdə biz ön cəbhədəyik, çox çalışırıq və dünyanın ən yaxşı futbol şousunu təqdim edirik. Heç bir zorakılıq hadisəsi baş verməyib. Təhlükəsizlik 100 faiz təmin olunub, hər yerdə sevinc və xoşbəxtlik hökm sürür", – deyə İnfantino vurğulayıb.