Dünya

OpenAI: Süni intellekt yeni mərhələyə qədəm qoyub

27 Jul 2026, 13:12 1 baxış Admin
OpenAI: Süni intellekt yeni mərhələyə qədəm qoyub

OpenAI-nin baş direktoru Sam Altman süni intellektin inkişafında mühüm mərhələyə çatıldığını bildirib.

News24.az xəbər verir ki, o, bu barədə Relentless podkastında danışıb.

Altman deyib ki, uzun illər yalnız nəzəriyyə kimi görünən dövr artıq başlayıb və bunun dünya üçün müsbət nəticələr verəcəyinə inanır.

"Singularlıq" texnologiyanın, xüsusilə də süni intellektin çox sürətlə inkişaf edərək insanların həyatında böyük dəyişikliklər yarada biləcəyi mərhələ kimi izah olunur.

Xatırladaq ki, bundan əvvəl ABŞ məhkəməsi İlon Maskın OpenAI-yə qarşı qaldırdığı iddianı rədd edib. Mask şirkətin əvvəlki qeyri-kommersiya fəaliyyət modelinə qayıtmasını, Sam Altman və Qreq Brokmanın rəhbərlikdən uzaqlaşdırılmasını, həmçinin 180 milyard dollar təzminat ödənilməsini tələb edirdi.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər