Bakıda bu ərazidə yanğın başladı
27 Jul 2026, 12:15
5 baxış
Admin
Binəqədi rayonu, Binəqədi-Novxanı-Mehdiabad yolunda yerləşən obyektdə yanğın baş verib.
Bu barədə "Bakupost"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Mənbə:
bakupost.az