Dünya futbolunun əfsanəsi işdən çıxarıldı
Dünya futbolunun əfsanəsi, 2006-cı il dünya çempionu Andrea Pirlonun İtaliya milli komandasında vəzifə tutmaq planı baş tutmayıb.
News24.az xəbər verir ki, İtaliya mətbuatının yaydığı məlumata görə, Pirlo milli komandanın baş məşqçisi postuna əsas namizədlərdən biri olsa da, onun təyinatı İtaliya Futbol Federasiyasının prezidenti tərəfindən təsdiqlənməyib.
İddialara əsasən, bu qərarın səbəbi Pirlonun Rusiya ilə əlaqəli bukmeker şirkəti ilə əməkdaşlığı olub. Məlumata görə, hazırda milli komandada idman direktoru vəzifəsini icra edən Paolo Maldini də postundan ayrılmağa hazırlaşır. Bildirilir ki, o, bu vəzifəyə cəmi 16 gün əvvəl təyin olunmuşdu.
Qeyd edək ki, xəbərdə yer alan iddialarla bağlı İtaliya Futbol Federasiyası və ya Andrea Pirlo tərəfindən hələlik rəsmi açıqlama verilməyib.