53 yaşlı kişini qatar vurdu: meyit tanınmaz hala düşdü
25 Jul 2026, 10:17
18 baxış
Admin
Hacıqabulda qatar 53 yaşlı kişini vuraraq öldürüb.
"Bakupost" APA-ya istinadla xəbər verir ki, hadisə Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində baş verib.
Belə ki, Bakı-Gürcüstan sürət qatarı Nəvahi kənd sakini, 1973-cü il təvəllüdlü Arif Şirin oğlu Ataşovu vuraraq öldürüb.
Meyit tanınmaz hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:
bakupost.az