Cəmiyyət

Kərim Xan vəzifədən kənarlaşdırıldı

24 Jul 2026, 23:12 22 baxış Admin
Kərim Xan vəzifədən kənarlaşdırıldı

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) iştirakçı dövlətlərinin assambleyası prokuror Kərim Xanın tutduğu vəzifədən kənarlaşdırılmasına səs verib.
"Bakupost" Report-a istinadla xəbər verir ki, onun kənarlaşdırılmasının lehinə BCM-in 125 iştirakçı ölkəsindən 82-si səs verib. Bununla yanaşı, Xanın vəzifələrinin icrası dövründə verdiyi bütün orderlər qüvvədə qalır, çünki onları yalnız hakimlər ləğv edə bilər.
Kərim Xan 2024-cü ilin oktyabrında əməkdaşlardan biri tərəfindən zorakılıqda ittiham edilib. Araşdırma müddətində BCM onu ödənişsiz məzuniyyətə göndərib, faktiki olaraq isə o, 2025-ci ilin mayından prokuror vəzifələrini icra etmir.
Xan 2021-ci ilin iyunundan Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru postunu tuturdu.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər