Cəmiyyət

Oğlunu şəhid verən ana qızına həyat verdi –

24 Jul 2026, 16:28 19 baxış Admin
Oğlunu şəhid verən ana qızına həyat verdi –

44 günlük Vətən müharibəsində oğlunu itirən ana bu dəfə digər övladının yaşaması üçün böyük fədakarlıq edib.


“Bakupost” xəbər verir ki, bu barədə həkim-cərrah Eldar Əhmədov sosial şəbəkə hesabında paylaşım edib.
Həkimin sözlərinə əsasən, Gülşən xanım xroniki böyrək çatışmazlığından əziyyət çəkən qızına donor olub. O bildirib ki, üç gün əvvəl həyata keçirilən böyrək transplantasiya əməliyyatı uğurla başa çatıb.
“Kreatinin dəyəri 5.6 mqldl-dən 0.96 mq/dl-ə qədər düşdü. Özlərini yaxşı hiss edirlər. Müalicəsi davam edir. Allah şəfa versin. Əməyi keçən hər kəsə təşəkkür”, - deyə həkim qeyd edib.
Lalə,BakuPost


Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər