Temperatur 41 dərəcəyə yüksələcək
22 Jul 2026, 14:22
21 baxış
Admin
Bakıda və Abşeron yarımadasında iyulun 25-26-da havanın maksimal temperaturunun 35-38, bəzi ərazilərdə isə 40 dərəcəyə yaxın isti olacağı gözlənilir.
Bu barədə "Bakupost"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata görə, Azərbaycanın bəzi rayonlarında da iyulun 25-29-da havanın maksimal temperaturunun 35-40, Mərkəzi Aran və Naxçıvan MR-nın bəzi yerlərində isə 41 dərəcəyədək yüksələcəyi gözlənilir.
Mənbə:
bakupost.az