Cəmiyyət

Sürücülərin diqqətinə: bu küçədə təmir işləri aparılacaq

21 Jul 2026, 19:20 18 baxış Admin
Sürücülərin diqqətinə: bu küçədə təmir işləri aparılacaq

22 iyul tarixindən etibarən paytaxtın Nizami rayonu, Musa Əliyev küçəsinin bir hissəsində (Q.Qarayev pr-dən 8-ci km bazarınadək) təmir işlərinə başlanılacaq.

Bu barədə News24.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Təmir müddətində işlərin gedişinə uyğun olaraq nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə qismən və ya tam məhdudlaşdırılacaq.

Sürücülərə aparılan işlərə anlayışla yanaşmaq, səfərlərini əvvəlcədən planlaşdırmaq və mümkün olduqda alternativ yollardan istifadə etmək tövsiyə olunur.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər