Pirallahıda avtobus piyadanı vuraraq öldürdü
21 Jul 2026, 10:03
21 baxış
Admin
Pirallahıda avtobus piyadanı vuraraq öldürüb.
"Bakupost" Report-a istinadla xəbər verir ki, 1965-ci il təvəllüdlü İlqar Bağır oğlu Şabanovun idarə etdiyi "İsuzu" markalı avtobus ilə Pirallahı qəsəbəsi, "Abşeronneft" NQÇİ-nin ərazisində geri hərəkət edərkən 1969-cu il təvəllüdlü, Pirallahı rayonu sakini Teyyub Ənvər oğlu Məmmədovu vuraraq öldürüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Mənbə:
bakupost.az