İqtisadiyyat

Avropada təbii qazın qiyməti ən aşağı həddə düşüb

22 Sep 2026, 16:58 1 baxış Admin
Avropada təbii qazın qiyməti ən aşağı həddə düşüb

Avropada təbii qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib.

News24.az xəbər verir ki, buna ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokadanı aradan qaldıracağı təqdirdə İranın Hörmüz boğazını yenidən açacağı ilə bağlı xəbərlər səbəb olub.

Niderlandın TTF qaz bazarında oktyabr fyuçerslərinin qiyməti 5,6 faiz azalaraq meqavat-saat üçün 69,15 avroya düşüb.

Asiyada, xüsusilə Çin və Yaponiyada mayeləşdirilmiş təbii qaza tələbatın zəifləməsi də qiymətlərə təsir göstərib.

Məlumata görə, Avropa İttifaqında qaz anbarlarının doluluq səviyyəsi hazırda 69,94 faizdir. Ötən ilin eyni dövründə bu göstərici 81,85 faiz olub.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər