Avtomobildən pul və telefon oğurlayan şəxslər saxlanıldı
20 Jul 2026, 18:12
17 baxış
Admin
Avtomobildən oğurluq edən şəxslər saxlanılıb.
"Bakupost" xəbər verir ki, Binəqədi rayonu ərazisində gecə saatlarında naməlum şəxslər bir nəfərə məxsus “Mercedes” markalı avtomobildən 1000 manat nağd pul və 500 manat dəyərində mobil telefon oğurlayıblar.
Əldə etdiyimiz məlumata görə, Binəqədi RPİ 43-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı Nəsimi Quliyev və 24 yaşlı Elvin Həsənov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Mənbə:
bakupost.az