Cəmiyyət

Yanvar-iyun aylarında 22552 uşağa reabilitasiya xidmətləri göstərilib

20 Jul 2026, 18:40 19 baxış Admin
Yanvar-iyun aylarında 22552 uşağa reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müəssisələrində cari ilin birinci yarımilində 22552 uşağa reabilitasiya xidmətləri göstərilib.
"Bakupost" xəbər verir ki, onlardan əlilliyi olan 1089 uşaq stasionar, 13240 uşaq ambulator, digərləri icma əsaslı, onlayn, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.
Bu kateqoriyaya aid uşaqlar Nazirliyin paytaxtda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər