İdman

Tarixi zəfər: İspaniya DÇ-2026-nın qalibi oldu

20 Jul 2026, 02:33 27 baxış Admin
Tarixi zəfər: İspaniya DÇ-2026-nın qalibi oldu

Dünya Çempionatının finalında Argentina və İspaniya matçı Bakı vaxtı ilə saat 23:05-də start götürüb.


"Bakupost" xəbər verir ki, 120 dəqiqədən çox davam edən görüş İspaniyanın tarixi qələbəsi ilə yekunlaşıb.


90+3 dəqiqədə Argentina millisinin oyunçusu E.Fernandez qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.


Matçın əsas hissəsi qolsuz bərabərliklə bitdiyi üçün oyun əlavə vaxtda davam edib.


Nəhayət, 106-cı dəqiqədə İspaniya millisinin futbolçusu Torres hesabı açıb.


Beləliklə, əlavə vaxtda İspaniya millisi 0 - 1 hesabı ilə Argentinaya qalib gələrək dünya çempionu olub.


Komanda tarixində 2-ci dəfə dünya çempionu olub.


Qeyd edək ki, İspaniya yığması daha əvvəl 2010-cu il mundialında qızıl medallara sahib çıxmışdı.


Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər