İdman

Mbappe Messini geridə qoydu – Yeni dünya rekordu

19 Jul 2026, 02:36 27 baxış Admin
Mbappe Messini geridə qoydu – Yeni dünya rekordu

Fransa millisinin hücumçusu Kilian Mbappe futbol üzrə dünya çempionatları tarixinin ən məhsuldar bombardiri olub.

News24.az xəbər verir ki, 27 yaşlı forvard DÇ-2026-da İngiltərə ilə üçüncü yer uğrunda keçirilən oyunda iki qol vuraraq mundiallardakı qollarının sayını 22-yə çatdırıb.

Bununla da Mbappe bu göstəricidə Argentina millisinin kapitanı Lionel Messini geridə qoyub. Messinin hesabında hazırda 21 qol var. Argentinalı ulduzun komandası isə hələ İspaniyaya qarşı final matçına çıxacaq və rekordunu yeniləmək imkanı qalır.

Mbappe bununla dünya çempionatları tarixinin bombardirlər siyahısında yeni rekorda imza ataraq futbol tarixinə düşüb.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər