Dünya

Siçovul qızı dişlədi, iki kənddə karantin elan edildi

06 Jul 2026, 09:51 21 baxış Admin
Siçovul qızı dişlədi, iki kənddə karantin elan edildi

Rusiyanın Amur vilayətinin iki kəndində quduzluqça bağlı karantin elan edilib.

News24.az xəbər verir ki, bu barədə Amur vilayətinin Baytarlıq İdarəsi məlumat yayıb.

Qurumun açıqlamasına görə, yoluxma ocağı Malaya Sazanka kəndində aşkarlanıb.

Burada həyətyanı sahədə gəmiricilərə qarşı mübarizə aparılarkən siçovul azyaşlı qızı dişləyib. Sonradan aparılan müayinələr zamanı heyvanda quduzluq aşkarlanıb. Hazırda zərərçəkən profilaktik peyvənd kursu alır.

İkinci yoluxma ocağı isə Volkovo kəndində qeydə alınıb. Burada vəhşi təbiətin mühafizəsi üzrə müfəttiş quduzluğa yoluxmuş tülkü aşkar edib.

Hər iki kənddə dezinfeksiya tədbirləri həyata keçirilir, həmçinin ev heyvanlarına növbədənkənar peyvənd vurulur.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər