Oğuza istirahətə gedən kişi öldü
06 Jul 2026, 10:02
24 baxış
Admin
Oğuza istirahətə gedən kişi ölüb.
News24.az xəbər verir ki, 1977-ci il təvəllüdlü Qəhrəmanov Əziz Şahvələnd oğlu istirahət etmək məqsədilə günlük kirayə tutduğu Oğuz rayonu, Xaçmaz kəndində yerləşən fərdi yaşayış evində ölüb.
Onun hansı səbəbdən ölməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:
news24.az