Dünya

Tehranın Ukrayna ilə bağlı gizli qərarı üzə çıxdı

04 Aug 2026, 00:45 2 baxış Admin
Tehranın Ukrayna ilə bağlı gizli qərarı üzə çıxdı

İran Ukrayna Silahlı Qüvvələrinin Xəzər dənizində İran gəmisinə endirdiyi zərbəyə cavab olaraq Ukrayna ərazisində yerləşən üç obyektə hücum etməyi planlaşdırıb, lakin Kiyevin üzr istəməsindən sonra Tehran bu qərardan imtina edib.

News24.az xəbər verir ki, bu barədə İranın ali dini liderinin hərbi müşaviri Möhsün Rezayi "Press TV" telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, buna baxmayaraq, Ukrayna öz hərəkətlərinə görə məsuliyyət daşımalıdır.

Xatırladaq ki, bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bəyan edib ki, Tehran Ukrayna Silahlı Qüvvələrinin Xəzər dənizində İran gəmisinə endirdiyi zərbənin qəsdən həyata keçirildiyini sübut edən dəlillərə malikdir. O qeyd edib ki, bu, Kiyevin əksini iddia edən açıqlamalarına baxmayaraq belədir.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər