Elnur Ebru Gündeşlə münasibətlərindən danışdı
04 Aug 2026, 00:41
2 baxış
Admin
Müğənni Elnur Hüseynov vaxtilə Türkiyənin “O səs Türkiyə” yarışmasında komandasında olduğu Ebru Gündeşlə münasibətlərindən danışıb.
"Bakupost" Axşam.az-a istinadla xəbər verir ki, bu haqda sənətçi ARB TV-yə açıqlamasında danışıb. Yarışmada qalib olan ifaçı onların hazırda da əlaqə saxladıqlarını bildirib.
“Danışırıq, amma çox az olur. Ebrunun elə də vaxtı yoxdur. O, çox gözəl qadındır, güclüdür və hər zaman yanımda olub. Birlikdə keçdiyimiz yolu heç vaxt unutmuram. Biz birlikdə birincilik qazandıq” deyə, Elnur söyləyib.
Sənətçi yarışmadan sonra imzaladığı müqavilənin müddətinin başa çatdığını da açıqlayıb:
“Müqavilə bitdi. Hazırda tək çalışmağın mənim üçün daha yaxşı olduğunu düşünürəm”.
Mənbə:
bakupost.az