Cəmiyyət

Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə

23 Sep 2026, 11:18 2 baxış Admin
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə

Xalq artisti Alim Qasımovun müğənni Üzeyir Mehdizadə ilə "Bu dünyanın nəyindən narahatsan" mahnısına duet oxuması son günlərin müzakirə olunan mövzularından birinə çevrilib.
Duetin ərsəyə gəlməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif iddialar yayılıb. Hətta Alim Qasımovun bu layihəyə görə 1 milyon manat aldığı da iddia edilib.
"Bakupost" xəbər verir ki, bununla bağlı Oxu.az-ın sualını cavablayan Xalq artisti sözügedən layihəyə görə heç bir ödəniş almadığını deyib.
O bildirib ki, mahnının sözləri xoşuna gəldiyi üçün oxumaq qərarı verib:
"Gözəl layihədir, çox xoşuma gəldi. Üzeyir ilə musiqi sayəsində tanışlığımız var. Bir-birimizə hörmətimiz yaranıb. Üzeyir gəlib mahnını mənə oxutdurdu, sözləri məni tutdu. Bundan sonra oxumaq qərarı verdim. Nə ödəniş? Allah haqqı, heç bir ödəniş almamışam".
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər