Dünya

Atəşfəşanlıq zamanı məşhur körpü alovlandı - Foto

05 Jul 2026, 11:11 18 baxış Admin
Atəşfəşanlıq zamanı məşhur körpü alovlandı - Foto

Nyu-York şəhərində Müstəqillik Günü münasibətilə keçirilən ənənəvi atəşfəşanlıq şousu zamanı “Brooklyn” körpüsündə yanğın baş verib.

News24.az xəbər verir ki, hadisə yerli vaxtla saat 22:00 radələrində qeydə alınıb.

Alov və tüstü körpüdə quraşdırılmış pirotexniki platformaların yerləşdiyi hissədə müşahidə olunub.

Yanğınsöndürənlər alovu qısa müddətdə söndürərək vəziyyəti nəzarətə götürüblər.

İlkin məlumata görə, yanğın nəticəsində xəsarət alan olmayıb. Körpü tədbir başlamazdan əvvəl nəqliyyatın hərəkəti üçün bağlandığından əlavə təhlükə yaranmayıb.

Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər