Dünya

Paşinyan “çəhrayı ponilər dünyası”nda yaşayır - Pritçin

04 Jul 2026, 17:12 17 baxış Admin
Paşinyan “çəhrayı ponilər dünyası”nda yaşayır - Pritçin

Ermənistan Baş naziri Nikol Paşinyan və komandası “çəhrayı ponilər dünyası”nda yaşayır.


Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Pritçin deyib.
O bildirib ki, Paşinyanın Avropa Birliyinə (AB) üzv olmaq arzusu olsa da, bu məqsədin reallaşması mümkün deyil.
Pritçin qeyd edib ki, AB-yə üzvlük yolunda Gürcüstan Ermənistandan qat-qat çox iş görsə də, hətta o belə ancaq çox sərt tələbləri yerinə yetirdiyi halda ittifaqa qəbul edilə bilər.
“Ermənistanın hakim komandası Gürcüstanın təcrübəsinə baxmaq istəmir. İrəvanda hamı “çəhrayı ponilər dünyası”nda yaşamağa üstünlük verir”, - politoloq vurğulayıb.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər