Sumqayıtda dənizdə batan qadının kimliyi bilindi
04 Jul 2026, 12:04
24 baxış
Admin
Sumqayıt şəhərində ötən gün dənizdə boğulub ölən qadının kimliyi bəlli olub.
"Bakupost"un məlumatına görə, hadisə dünən şəhərin Sahil küçəsindəki çimərlikdə qeydə alınıb. Şəhər sakini - 2006-cı il təvəllüdlü M.İsmayılova dənizdə çimərkən batıb.Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:
bakupost.az