Gilas yeyən cütlük zəhərləndi - Kişi həyatını itirdi
04 Jul 2026, 11:20
18 baxış
Admin
Türkiyəndə gilas yeyən cütlük zəhərlənib.
News24.az xəbər verir ki, hadisə Kastamonu vilayətinin Tosya rayonunda baş verib.
Zəhərlənən cütlük xəstəxanaya yerləşdirilib.
Həkimlərin müdaxiləsinə baxmayaraq, 63 yaşlı Ahmet Derin həyatını itirib, həyat yoldaşı Rahime Derinin müalicəsi isə davam edir.
İlkin ehtimallara görə, cütlüyün gilas yediyi ağacın yerləşdiyi əraziyə təxminən 15 gün əvvəl kənd təsərrüfatı dərmanı səpilib.
Mütəxəssislər onların bu səbəbdən zəhərlənmiş ola biləcəyini araşdırırlar. /Haber Global/
Mənbə:
news24.az