İmişlidə şagird vəfat etdi - FOTO
04 Jul 2026, 09:06
24 baxış
Admin
İmişli rayonu Allahmədətli kənd ümumi orta məktəbinin şagirdi vəfat edib.
News24.az xəbər verir ki, bu barədə məktəbin sosial şəbəkə hesablarında məlumat verilib.
Məlumata görə, vəfat edən şagird Bədəlzadə Kamilədir.
“Kamilə Bədəlzadənin vəfat xəbəri məktəb kollektivimizi dərindən sarsıtdı. Kamilə məktəbimiz üçün əziz və parlaq bir şagird idi .Onun yoxluğu hər birimiz üçün böyük itkidir. Onun şən gülüşünü, xeyirxahlığını və məktəb həyatındakı fəallığını heç vaxt unutmayacağıq. Bu ağır günlərdə Kamilənin yaxınlarının kədərinə şərik olur ,onlara səbr və dözüm diləyirik .
Kamilənin xatirəsi ürəyimizdə daima yaşayacaq. O, məktəbimizin tarixində həmişə xoş xatirələrlə qalacaqdır. Allah rəhmət eləsin, ruhu şad olsun !”, - deyə məlumatda qeyd edilib.
Mənbə:
news24.az